Sosial şəbəkədə biz:

“Ayaz Mütəllibovu doğum günündə təbrik etdim...”

06 June 2019, 11:21
Gündəm

“Mən, ümumiyyətlə, çalışıram ki, əvvəldən münasibətim olan insanlarla  normal ünsiyyət saxlayam...”
Bunu Moderator.az əməkdaşının “Eks-prezident Ayaz Mütəllibovla münasibətlərinizin pozulması haqda şayiələrin hansısa əsası varmı?” sualına cavab verərkən Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib.
“O söz-söhbətlərin heç bir əsası yoxdur. "Salaməleyk"i itirmək olmaz... Mən Ayaz müəllimlə əlaqə saxlayıram. Məsələn, mayın 12-də onu doğum günü münasibətilə təbrik etmişəm...”-deyə parlament üzvü bildirib.