Zaqatalanın icra başçısının oğlu rəis təyin edildi - Xəzərin keçmiş başçısının oğlu isə başqa işə keçirildi
Bakıda iki polis rəisi dəyişdirilib.
“Report”
xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis
Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən
çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə
təyin olunub.
21-ci
Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis
Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin
edilib.
Qeyd
edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinun başçısı Mübariz
Əhmədzadənin oğlu, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin
sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.
B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun oğludur.