Sosial şəbəkədə biz:

Misir Mərdanovun qardaşı vəzifəyə təyin olunub

10 June 2019, 10:31
Gündəm

Şabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov “Azərişıq” ASC-də vəzifəyə təyin olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Ə.Mərdanov “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.