Sosial şəbəkədə biz:

Jurnalist yazdığı statusa görə işdən çıxardı

13 June 2019, 11:13
Gündəm

“ARB Media Qrup” bölgə müxbiri Əlibəy Zeynallını işdən azad edib.

Telekanalın yaydığı bəyanatda deyilir:

“ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının Facebook sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də professional nöqteyi-nəzərindən yolverilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.

Qeyd edək ki, jurnalist Əlibəy Zeynallı rusdilli şəxslərlə bağlı Facebook-da aşağıdakı statusu yazmışdı:

elibeystatusarb1560370082