Sosial şəbəkədə biz:

Homoseksuallığı təbliğ edən türk kanalı cəzalandırıldı

14 June 2019, 22:55
Gündəm

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) FOX TV-ni cərimələyib və proqram dayandırma cəzası verib.
Qaynarinfo xəbər verir ki, buna səbəb kanalın nəzdində fəaliyyət göstərən "FOX Life"da homoseksuallığı təbliğ edən "Jane The Virgin" serialının yayımlanması olub.
Amerika istehsalı olan ekran işində həmcinslərin münasibətlərinin türk ənənəsinə zidd olduğu bildirilib.
RTÜK serialı dayandırmaq və kanalın cərimələnməsi barədə qərar çıxarıb.