Sosial şəbəkədə biz:

Kürdəmirdə 10 hektar biçilmiş taxıl sahəsi yandı (VİDEO)

16 June 2019, 12:53
Gündəm

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.
Rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. ("Report")