Sosial şəbəkədə biz:

Ağstafada keçmiş məhkum bazarda 8 nəfəri güllələyib, onlardan 3-ü ölüb

17 June 2019, 12:09
Gündəm

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib. 

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb. Həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. 

Yaralananların adları məlum olub: bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar. 

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. Report