Sosial şəbəkədə biz:

6300-dən çox bakalavr ixtisas seçimi edib

17 June 2019, 14:27
Gündəm

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iyunun 17-si saat 10:40-a olan məlumata görə, ümumilikdə 6381 nəfər (Azərbaycan bölməsi üzrə 5874, rus bölməsi üzrə 507) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.