Sosial şəbəkədə biz:

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

20 June 2019, 15:55
Gündəm

Bakıda yol qəzası baş verib. 

Azinforum.az "Report"a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" və BMV markalı avtomobillər toqquşub. Hadisə zamanı nəqliyyat vasitələrindən biri səkidə dayanmış orta yaşlı kişiyə çırpılıb. Nəticədə ağır dərəcəli bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib.