Sosial şəbəkədə biz:

Yetim Elçinin qızınının bu sözləri ÜRƏK DAĞLADI: "Hakim əmi, məni bacımdan ayırma"

21 June 2019, 12:11
Gündəm

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin sevgili olduğu "Yetim" ləqəbli Elçinlə keçmiş həyat yoldaşı Turanənin məhkəməsinin ilkin nəticəsi açıqlanıb. 

BiG.AZ xəbər verir ki, bunu verilişdə ekspert kimi iştirak edən və Turanənin hüquqlarını müdafiə edən vəkil Tahir Əlirzayev deyib.

Vəkil bildirib ki, bugünki məhkəmədə Elçinin Türanyə qarşı qaldırdığı iddianamə qəbul edildi. Zeynəb anasından alınaraq atasına verildi. Çox qəribədir ki, iddia ərizəsində yazılıb ki, uşaq mənim yanəmdadır. Məhkəmədə də deyir ki, uşaq anadan alınaraq mənə verilsin. Bu qətnamə necə icra ediləcək?! Onsuzda uşaq atadadır. Mənə daha çox təsir edən məsələ hakimin pratakoldan kənar Mədinəyə "sənin nə sözün var" deməsidir. Mədinə bildirdi ki, hakim əmi, bacımı məndən ayırma. Bu söz mənə çox pis təsir etdi. Yaxın günlərdə apellyasiya məhkəməsinə müraciət edəcəyik. Ədalətin öz yerini tapması üçün əlimizdən gələni edəcəyik. 

Türanə vurğulayıb ki, qarşı tərəf mənə deyib ki, verlişə çıxma: "Məsələni öz aramızda həll edək. Mən sizə inanıb buraya gəlmişəm". 

Yetim Elçinin qızınının bu sözləri ÜRƏK DAĞLADI: "Hakim əmi, məni bacımdan ayırma"