Sosial şəbəkədə biz:

Sosialist Əməyi Qəhrəmanı Zəminə Aslanova vəfat edib

24 June 2019, 10:07
Gündəm

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı dünyasını dəyişib.

"Report"un məlumatına görə, Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Zəminə Sərdar qızı Aslanova 79 yaşında vəfat edib.

Z.Aslanova 1940-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Azərbaycanın pambıq ustası, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsü olub.