Sosial şəbəkədə biz:

İki yaşlı Mircəfər Bağırov çimərlikdə boğularaq ölüb

25 June 2019, 17:33
Gündəm

Bakıda azyaşlı uşaq dənizdə boğulub. Hadisə Bilgəh çimərliyində baş verib.

2017-ci il təvəllüdlü Bağırov Mircəfər Ramil oğlu valideynləri ilə Bilgəh çimərliyinə gedib.

Ailə çimərlikdə istirahət edib qayıdarkən azyaşlının yanlarında olmadığını görüb axtarışlara başlayıb.

Axtarış zamanı M.Bağırovun meyiti dənizdən aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. (Trend)