Sosial şəbəkədə biz:

Alfonso Azərbaycanı, Sahil, Murad və Qabil xarici ölkələri təmsil edir

30 June 2019, 10:55
Gündəm

Hazırda davam edən II Avropa oyunları ilə bağlı maraqlı detal bəlli olub.

Oyunların mərhələsinə çıxan idmançıların adları açıqlanan zaman bəlli olub ki, onlardan 3-ü əslən azərbaycanlıdır. Amma həmin 3 boksçunun heç biri ölkəmizi təmsil etmir. 

Sahil Allahverdiyev Gürcüstan, Murad Əliyev Fransa, Qabil Məmmədov isə Rusiya bayrağı altında bu yarışmaya qatılıb.

Azərbaycanı isə II Avropa oyunlarında əslən Kubalı olan  Loren Alfonso Domigez təmsil edib və ölkəmizə qızıl medal qazandırıb.