Sosial şəbəkədə biz:

2018-ci ildə 285 adam bıçaqla qətlə yetirilib

30 June 2019, 14:40
Gündəm

“Reuters” agentliyinin yaydığı xəbərdə deyilir ki, bazar günü Londonun müxtəlif yerlərində iki bıçaqlama hadisəsi baş verib. Hər iki hadisə bıçaqlanan şəxslərin ölümü ilə nəticələnib. 

Bıçaqlanma nəticəsində ölənlərin biri 26 yaşlı hamilə qadındır. Həkimlər onun 8 aylıq uşağını güclə xilas edə biliblər. Ancaq vaxtından əvvəl doğulmuş uşağın həyatı sual altındadır.

Картинки по запросу Man, pregnant woman killed in separate stabbings in London



Bıçaqlanan ikinci şəxs isə 27-28 yaşlı gənc oğlandır. O isə aldığı çoxsaylı bıçaq zərbəsindən sonra hadisə yerindəcə keçinib. 
Hamilə qadını bıçaqlamaq ittihamı ilə 37 yaşlı kişi şübhəli şəxs qismində həbs olunub. Ancaq gənc oğlanın kim tərəfindən bıçaqlandığı məlum deyil. 

Britaniyanın Baş naziri Tereza Mey ölkədə bıçaqlama hallarının çoxalması ilə bağlı narahatlığını ifadə edib.

Картинки по запросу Man, pregnant woman killed in separate stabbings in London



Rəsmi statistikaya görə, 2018-ciildə İngiltərədə və Uelsdə ölümlə nəticələnən 285 bıçaqlama hadisəsi qeydə alınıb. Bu, son 70 ildə aparılan statistikaya görə ən yüksək göstəricidir.

Müfəttiş şef-detektiv Mik Norman deyib: “Bu, dəhşətli bir hadisədir. Gənc ana öz həyatın itirib, onun körpəsi isə ağır vəziyyətdədir”.
Musavat.com