Sosial şəbəkədə biz:

Dünən qəzaya düşən çempionumuz vəfat etdi

30 June 2019, 17:24
Gündəm

Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib. 

Belə ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında "Koroğlu” metrostansiyasının yaxınlığında "Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.

Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.

Allah rəhmət eləsin.Musavat.com