Sosial şəbəkədə biz:

İstirahət günləri üçün hava proqnozu açıqlanıb

05 July 2019, 21:56
Gündəm

Azərbaycanda istirahət günləri üçün hava proqnozu açıqlanıb.

Böyük və Kiçik Qafqazda  fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb  küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq.  Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.