Sosial şəbəkədə biz:

Azərbaycan Universiadada ilk qızıl medalını qazandı

07 July 2019, 16:15
Gündəm

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk qızıl medalını qazanıb.

Oxu.Az-ın xəbərinə görə, idman gimnastımız Marina Nekrasovanın çıxışı ən yüksək qiymətə layiq görülüb.

Beləliklə, Nekrasova Azərbaycana ilk qızıl medalı qazandırıb. Gümüş və bürünc medallara müvafiq olaraq rusiyalılar - Liliya Axaimova və Tatyana Nəbiyeva layiq görülüb.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Hidayət Heydərov gümüş medal qazanıb.