Sosial şəbəkədə biz:

PKK rəhbərlərindən biri öldürülüb

07 July 2019, 18:53
Gündəm

Türkiyə xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK terror təşkilatının rəhbərlərin biri olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd öldürülüb.

ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü olan 46 yaşlı terrorçunun iyunun 27-də Şimali İraqda Qəndil dağındakı Kortek bölgəsində məhv edilib.

Bununla da PKK-nın qərargahının yerləşdiyi Qəndil dağında ilk dəfə terror təşkilatının rəhbərliyində yer alan şəxs öldürülüb.

Qeyd edək ki, Abdulla Öcalanın yaxalanmasından sonra İdarə Heyətinin terror təşkilatının fəaliyyətində rolu artıb.