Sosial şəbəkədə biz:

Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək

09 July 2019, 20:54
Gündəm

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb. 

Azinforum.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həsənov Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak" (Trnava, Slovakiya) – "Radnik Byelina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək. 

Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.