Sosial şəbəkədə biz:

İcra başçısı Musiqi məktəbinin direktorunu özünə müavin təyin etdi - İctimai-siyasi məsələlər üzrə + FOTO

16 July 2019, 16:22
Gündəm

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 

Azinforum.az  Unikal.org-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovun əmri ilə Ceyran XəlilovaSabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.