Sosial şəbəkədə biz:

Altı ayda dörd dəfə heyvanları oğurlandı: Oğru tapılmır - VİDEO

22 July 2019, 21:27
Gündəm

Lənkəranda Şilim kənd sakininin son altı ay ərzində dördüncü dəfədir ki, mal-qarası oğurlanır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, örüş sahəsində 1500 manat dəyərində olan iribuynuzlu heyvan oğurlanıb.

Kənd sakini Bəylər İsmayılova məxsus tövlədə oğurluq hadisələri bir-birini əvəz edir. Sonuncu hadisə zamanı oğurlanan heyvan tapılandan iki gün sonra yenə oğurlanıb.

Qeyd edək ki, ayrı-ayrı vaxtlarda B.İsmayılovun tövləsindən ümumilikdə dörd qoyun və bir inək oğurlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.