Sosial şəbəkədə biz:

Jurnalistin atasının evi qarət edilidi - pul, qızıl aparıldı...

23 July 2019, 11:35
Gündəm

Dünən gecə "Bakı-Xəbər" qəzetinin baş redaktor müavini Tahir Tağıyevin atasının "Yeni Ramana" qəsəbəsi, 2-ci sahə adlanan ərazidə olan evi qarət edilib. Bu barədə məlumatı Azinforum.az-a Tahir Tağıyevin özü verib. Onun sözlərinə görə, oğrular gecə, hamının yatdığı vaxt pəncərədən evə daxil olub: "Evdən qızıl və pul aparıblar. Həyətdə qardaşımın avtomobilini içinə də daxil olublar. Aidiyyəti üzrə polis bölməsinə məlumat verdik. 12-ci bölmənin əməkdaşları lazım olan ilkin hərəkətləri icra etdilər. Ümid edirəm ki, cinayəti törədənlər tez bir zamanda tapılıb, layiqli cəzalarını alacaqlar".

Azinforum.az