Maliyyə Bazarlarına Nəzarət Palatası "Golden Globe International” MMC-ni cərimələyib
Maliyyə Bazarlarına Nəzarət Palatası "Golden Globe International” MMC-ni cərimələyib.
"Report"un
xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans
yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş
müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya
xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri
qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya
görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta
vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Golden Globe International” turizm xidmətləri həyata keçirən şirkətdir.