Sosial şəbəkədə biz:

Türkiyə kanalı Əli Həsənovun nəvəsi haqda reportaj yayımladı - VİDEO

25 July 2019, 10:55
Gündəm

Türkiyənin məşhur "Haber Turk” kanalında baş nazirin müavini Əli Həsənovun barəsində reportaj yayımlanıb.

Azinforum.az bakupost.az-a istinadən xəbər verir ki, reportajda Əli Həsənovun nəvəsinin avtoqəza xəbərindən söhbət açılır.

Hadisə zamanı yaralanan şəxslərin şikayətini yayımlayan kanal baş nazirin müavinini zərərçəkən tərəfi aldatmaqda günahlandırıb. Bildirilir ki, qəzadan sonra Əli Həsənov onları şikayətçi olmamağa və bunu müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də buna əməl etməyib.

Həmin reportajı təqdim edirik: