Səfər Mehdiyevdən Ərdoğana şikayət... - DGK sədri təkcə bizimkilərə problem yaratmır...
"Rovel Trading” şirkəti ilə Gömrük Komitəsi arasında qarşıdurma davam edir.
DÖRTEL
OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi, İstanbul Ticarət
Odasının (İTO) məclis üzvü Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri
problemlə bağlı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub
ünvanlayıb.
Bu
barədə PİA.az-a məlumat verən iş adamı bildirib ki, məktubda türkiyəli
iş adamı 20 ildir "Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi
distributoru olan "Rovel Trading” şirkətinin Azərbaycana gətirdiyi
malların 3 həftədir ki, gömrükdə qanunsuz olaraq saxlanılımasından və bu
üzdən də onların ticarətinə ciddi ziyan dəydiyini qeyd edib.
Türkiyəli
iş adamı məktubunda Azərbaycan gömrüyünün onların malının qiymətini
süni şəkildə artıqrmağa çalışmasından və bununla da onların
ticarətlərinə ziyan vurmağa cəhd etməsindən şikayətçi olub və qeyd edib
ki, Azərbaycan Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə
arasındakı ticari əlaqələr də ziyan görməkdədir.
Yakup
Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri qanunsuzuğun ortadan
qaldırılması üçün prezident Ərdoğandan məsələyə müdaxilə etməyi xahiiş
edib.
Xatırladaq
ki, iki gün əvvəl sözü keçən mövzu ilə bağlı "Rovel Trading” şirkətinin
direktoru İntiqam Həsənov da Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və digər əlaqədar
dövlət qurumlarının rəhbərlərinə müraciət etmişdi.