Körpüdə piyadanı vurub öldürdü - Video
Axşam saatlarında Bakının "20 Yanvar" dairəsi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Silverado” markalı avtomobil körpünün üstündə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanıb.