Sosial şəbəkədə biz:

Azərbaycandakı ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər

02 August 2019, 21:33
Gündəm

Azərbaycanda fəaliyyət göstərən ticarət obyektləri POS-terminal olmadan nağdsız ödəniş qəbul edə biləcəklər. Bunu “APA-Economics”ə maliyyə bazarındakı etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, bu əməliyyatları smartfona yazılan mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq.

“Burada mobil telefon POS-terminal rolunu oynayacaq. İstənilən sahibkar POS-terminal almadan mobil telefon vasitəsilə ödənişləri qəbul etmək iqtidarında olacaq. Alıcı təmassız texnologiyasını dəstəkləyən bank kartını smartfona yaxınlaşdıraraq ödəniş həyata keçirə biləcək”, – deyə mənbə qeyd edib.