Sosial şəbəkədə biz:

Sürücülərə xəbərdarlıq, diqqətli olun ki...

02 August 2019, 22:29
Gündəm

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Sputnik Azərbaycan-a bu barədə məlumat verilib. Bildirilib ki, görülən işlərlə əlaqədar olaraq sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.