Sosial şəbəkədə biz:

49 minə yaxın abituriyent ixtisas seçib

03 August 2019, 15:26
Gündəm

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən erilən məlumata görə, bu gün günorta saatlarına kimi I ixtisas qrupu üzrə 13952, II ixtisas qrupu üzrə 11525, III ixtisas qrupu üzrə 14786, IV ixtisas qrupu üzrə 3680 nəfər ərizəsini təsdiqləyib. 

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4925 nəfərdir. Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.