Sosial şəbəkədə biz:

Türkiyədə azərbaycanlı turistlərin avtobusu aşdı: çox sayda yaralı var

03 August 2019, 15:47
Gündəm

Türkiyədə azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

İHA xəbər verir ki, hadisə Nevşehir şəhərinin Avanos rayonunda baş verib. Nəticədə 14 azərbaycanlı turist yaralanıb.
Azərbaycanlı turistlər Kapadokya bölgəsini ziyarətə gedirmiş. Avtobusda 18 nəfər olub, onların 14-ü yaralanıb. Xəsarət alanlara yerli dövlət xəstəxanasında ilkin yardım göstərilib.