Sosial şəbəkədə biz:

AKP-li millət vəkilindən İmamoğluna qarşı hörmətsizlik

12 August 2019, 14:48
Gündəm

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu onun pasportunun seriya nömrəsini gizlətmədən paylaşan AK partiyasının millət vəkili Serkan Bayramı məhkəməyə verib.

"Qafqazinfo" xəbər verir ki, İmamoğlu ərizəsində onun vəsiqəsinin seriya nömrəsi ilə qumar oynanıldığını qeyd edib.

Bildirilib ki, naməlum şəxslər seriya nömrəsindən istifadə edərək mərc oyunları saytında hesab açaraq qumar oynayıblar.

Bu səbəbdən İmamoğlu Serkan Bayramdan 50 min türk lirəsi dəyərində təzminat tələb edir.

Serkan Bayram isə bu iddianı qəbul etmir. O, seriya nömrəsinin özü tərəfindən paylaşıldığını bildirib.