“Qarabağ”ın Avroliqadakı rəqibi müəyyənləşdi
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə uduzaraq mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Komandamız Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off-un ilk matçı avqustun 22-də səfərdə oynanılacaq. Cavab oyunu avqustun 29-u Bakıda keçiriləcək.