Sosial şəbəkədə biz:

“Kimin belə medalı var?” – Elnarə Xəlilova

17 August 2019, 10:56
Gündəm

Xəbər verdiyimiz kimi dünən müğənni Elnarə Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalla təltif edilib.

İfaçı sosial şəbəkədə də izləyiciləri ilə bu xəbəri bölüşməyi unutmayıb. O, medalı ilə şəkil çəkdirərək “Kimin belə medalı var?”,- deyə şərh yazıb. 

İzləyiciləri onu hətta xalq artisti adına layiq gördüklərini bildiriblər.