Sosial şəbəkədə biz:

Vilayət Eyvazovdan yeni rəis təyinatları

18 August 2019, 20:15
Gündəm

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz RPŞ-nin rəisi təyin olunub. 

Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb. (APA)