Sosial şəbəkədə biz:

Rəşad Atakişiyevin nəşi tapıldı

20 August 2019, 12:53
Gündəm

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib. 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. 

Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq. 

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.