Sosial şəbəkədə biz:

General Hacı Əliyevin rütbəsini artırdı

23 August 2019, 09:34
Gündəm

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə növbəti hərbi rütbə verilib.

"Qafqazinfo"nun məlumatına görə, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.

Bunadək leytenant rütbəsini daşıyan üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.