Sosial şəbəkədə biz:

Mərdəkan körpüsündən maşın aşdı - 3 yaralı

23 August 2019, 14:36
Gündəm

Mərdəkan körpüsündən avtomobil aşıb. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. 

31 yaşlı qadın qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağı sol baldırın əziyi, 33 yaşlı kişi döş qəfəsinin əziyi diaqnozu ilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar. 

Vəziyyətləri orta-ağır qiymətləndirilir.