Sosial şəbəkədə biz:

Millimiz Avropa çempionatına qələbə ilə başladı

23 August 2019, 20:49
Gündəm

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında ilk görüşünü keçirib.

C qrupunda mübarizə aparan millimiz Macarıstanın paytaxtı Budapeştdə Xorvatiya yığması ilə qarşılaşıb. 

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan millisinin 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, voleybolçularımız növbəti görüşünü avqustun 25-də Hollandiya millisinə qarşı keçirəcəklər. Ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.  Azvision.az