Sosial şəbəkədə biz:

"İnterpol" azərbaycanlı narkotacir barəsində axtarış elan etdi

24 August 2019, 11:19
Gündəm

"İntepol" daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Nəticədə, onun barəsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.

İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.