Sosial şəbəkədə biz:

"Çətin, haqsız həyat yaşadım, amma..." - Samira

25 August 2019, 14:24
Gündəm

"İlk və son təşəkkürüm və səcdəm Allahadır. Nə verdisə, nə itirdimsə, şükür... İki övladım yanımda oldu, mənə yaşamaq həvəsi verdi. Anam məni çətinliklə boya-başa çatdırdı. Əziyyətini halal elə, ana" . 

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Samira Allahverdi sosial şəbəkədə yazıb.

Bu gün doğum gününü qeyd edən ifaçı təəssüratlarını bölüşüb: "Bəzən niyə belə olduğunu dedim. Amma ibrətamiz həyat yaşayıram. Bu gün sənətimə hörmət edən tamaşaçım üçün oxuyuram. Bu günə qədər mənimlə birgə olub, bu yolu gedən hamıya təşəkkür edirəm".