Sosial şəbəkədə biz:

Mərdəkanda villa azmış kimi birini də Qalaqanov tikdirdi

28 August 2019, 14:08
Gündəm

Rusiyanın məşhur "Elle" moda jurnalının direktoru Vadim Qalaqanov Mərdəkanda  özünə bağ evi tikdirib. 

Virtualaz.org xəbər verir ki, dünya şöhrətli stilist milyon dollarlıq hovuzlu villasının video və fotolarını sosial şəbəlkədə şəxsi hesabında paylaşıb.

V.Qalaqanov qeyd edib ki, evin inşası 2019-cu il may ayında bitib. Fərqli mədəniyyətlərin birləşməsi üslubunda dizayn edilən evin həyətində böyük hovuzu var. 

Qeyd edək ki, Vadim Qalaqanov Bakıda doğulub. Onun ailəsi 1990-cı illərdə Moskvaya köçüb.  2005-ci ildə o, "Conde Nast Russia"da, "GQ" jurnalında stilist kimi karyerasına start verib.  Stilist eyni zamanda aktyor fəaliyyətilə də məşğuldur.