Sosial şəbəkədə biz:

Vasif Talıbovun oğlu Heydər Əliyevdən dərs alarkən...(FOTO)

Naxçıvan Muxtar Respublikası Ali Məclisini sədri Vasif Talıbovun oğlu Rza Talıbov öz Feysbuk səhifəsində maraqlı şəkil paylaşıb. Şəkil 1992-ci ildə Heydər Əliyevin Muxtar Respublikaya rəhbərlik etdiyi dövrdə çəkilib. Maraqlı tarixi fotodan görünür ki, dahi siyasətçi Rza Talıbovun dərslərilə maraqlanır. Azinforum.az bildirir ki, Rza Talıbov Ali Məclis sədrinin böyük oğludur. O, atasının rəhbərlik etdiyi siyasi qurumun - hakim Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının şura üzvüdür. Rza Talıbovun iş adamı kimi fəaliyyət göstədiyinə dair məlumatlar var. Məlumata görə, Bakı Dövlət Universitetini bitirmiş Rza Talıbov hazırda Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya Holdinq”in prezidentidir. Qeyd edək bu şəkilin paylaşılması sosial şəbəkələrdə böyük diskussiyaya səbəb olub. Yazılan maraqlı kommentlərdən birində bildirilir: "Dahi siyasətçidən dərs almaq hər bir adama nəsib olmur. Rza Talıbov uşaq vaxtından bu xoşbəxtliyi yaşayıbsa, onun böyük gələcəyi var!" AZİNFORUM.AZ       rza3 rza1   rza2


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol