Sosial şəbəkədə biz:

"Vizanın ləğvi əlaqələrin inkişafına xidmət edəcək" - Erkan Özoral

30 August 2019, 21:03
Gündəm

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi qardaşlıq münasibətlərinin təzahürüdür.

Bunu Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirərkən deyib. 

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək. İki ölkə arasında gediş-gəlişlər asanlaşacaq: 

"Bu qərar həm də turizmin inkişafına təkan verəcək. İş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək".