Sosial şəbəkədə biz:

BTRİB-ə yeni rəis təyinatı oldu

<strong><span style="color: #000000;">BTRİB-ə yeni rəis təyinatı oldu</span></strong> Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub. Musavat.com-a daxil olan məlumata görə, bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir. Razi Tağıyev daha öncə “AZ-Evrotel” MMC-nin internet şöbəsinin rəisi və “Aztelekom” İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb. Xatırladaq ki, “MTN işi” çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol