Sosial şəbəkədə biz:

"Ekologiya postu"nun bölük komandiri Fuad Mayılova yüksək vəzifə verildi

05 September 2019, 12:08
Gündəm

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Azinforum.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifədə çalışıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib. Bildirib ki, Fuad Mayılovun yerinə təyinat yoxdur.