Sosial şəbəkədə biz:

IV-VIII sinifləri üçün dərsliklər təkmilləşdirilib

05 September 2019, 20:22
Gündəm

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin IV-VIII sinfin istifadəsində olan dərsliklər təkmilləşdirilib.

Təhsil Nazirliyindən bildirilib ki, həmin dərsliklər məzmun və dizayn baxımından əsaslı şəkildə yenilənib.

Qeyd edək ki, yeni tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Hazırda şagirdlərə dərsliklərin paylanması davam edir.