Sosial şəbəkədə biz:

Maradona bu klubun baş məşqçisi oldu

06 September 2019, 09:15
Gündəm

Əfsanəvi Dieqo Maradona Argentinanın “Ximnasiya və Esqrima” futbol klubunun baş məşqçisi olub.

“Qafqazinfo” komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.   

Qeyd edək ki, “Ximnasiya” Argentina çempionatında sonuncu, 24-cü yeri tutur. Klubun əsası 1887-ci ildə qoyulub.

Maradona daha əvvəl "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib.