Sosial şəbəkədə biz:

Azərbaycanda qayın gəlini kəndirlə boğdu - 2 aylıq körpəsi var

06 September 2019, 12:13
Gündəm

Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov  qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.