Sosial şəbəkədə biz:

Azərbaycanda nikahların sayı kəskin şəkildə azalıb

07 September 2019, 22:55
Gündəm

Son illər Azərbaycanda nikahların sayında ciddi azalma qeydə alınıb.

Ötən il ərzində ölkədə cəmi 62 min 484 nikah bağlanıb. Bu rəqəm isə 2011-ci illə müqayisədə kifayət qədər aşağıdır.

Belə ki, son 18 ilin statistikasına görə, ən çox nikah bağlanan il 2011-ci il olub. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 88 min 145 olub. 2012-ci ildə bu rəqəmlərdə müəyyən qədər azalmalar olsa da, 2013-cü ildə rəqəmlərdə yenidən artım qeydə alınıb. Qeyd olunan dövrdə bağlanan nikahların sayı 86 min 852, 2014-cü ildə isə 84 min 912 olub. Bundan sonra isə nikahların sayında kəskin azalmalar qeydə alınıb.

Qeyd edək ki, 1990-cı ildə bağlanan nikahların sayı isə 73 min 119 olub.