Müğənni əri ilə Azərbaycanı tərk etdi – Foto
“Səs Azərbaycan” layihəsinin qalibi Emiliya Yaqubova Londona köçüb.
Musavat.com xəbər verir ki, bir müddət öncə toyu olan ifaçı həyat yoldaşı ilə ölkəni tərk edib.
O, bu haqda sosial şəbəkədə yazıb: “Etirafım var, hər birinizə - ailəmə, yaxınlarıma, əzizlərimə, dostlarıma - hər birinizi bütün qəlbimlə sevirəm! Çox sağ olun ki, varsınız! Sizin üçün çox darıxacağam”.
Qeyd edək ki, E. Yaqubova Tamerlan adlı iş adamı ilə ailə qurub.


